SAĞLAMLIQ

Uşaqlarda rast gəlinən təzyiqin əsas səbəbi...

  • 25 May 2018
  • 152749 baxış

Pediatriyada yüksək təzyiq və onun ürək-damar sisteminə təsiri yetkin yaşa çatmış yeniyetmələrdə geniş öyrənildiyi halda, kiçikyaşlı uşaqlarda həmin problemə çox az əhəmiyyət verilir. Ona görə də erkən yaşlı xəstələrin rutin müayinəsində arterial təzyiqin ölçülməsi aparılmır.

XalqTV.com xəbər verir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının pediatrı Mədinə Hacıyeva universitetin mətbuat xidmətinə verdiyi müsahibədə deyib.

Həkim bildirib ki, uşaqlarda yenidoğulmuş dövrdən yüksək təzyiq ola bilər: "Təcrübədən məlumdur ki, uşaqlarda yenidoğulmuş dövrdən yüksək təzyiq ola bilər. Bunun hansısa ciddi bir xəstəliyin əlaməti ola biləcəyi üçün erkən diaqnostika vacibdir. Həm müalicə oluna biləcək təzyiq xəstəliyinin gecikmədən aşkara çıxarılması, həm də ona qarşı erkən yaşlarda tədbir görülə bilməsi üçün kiçikyaşlı uşaqlarda qan təzyiqinin ölçülməsi rutin fiziki müayinənin bir parçası olmalıdır".

Pediatrın dediyinə görə, arterial təzyiqin fizioloji dəyişikliklərinə hərəkət, bədənin vəziyyəti, xəstənin yaşı, günün saatları təsir edə bilər: "Ürək-damar sistemi, hormonlar, böyrəklər, qanın həcmi və s. təzyiqin normal saxlanılmasında rol oynadığı üçün bunların hansısa birində olan pozğunluq hipertenziyaya yol aça bilər. Uşaqlarda rast gəlinən təzyiqin 80 faizi böyrək patologiyaları, 20 faizi isə digər sistem xəstəlikləri ilə əlaqəlidir.

>

Uşaqlarda təzyiqin əlamətləri çox dəyişkən olur ki, bu da adətən xəstənin yaşından asılıdır. Məsələn, südəmər uşaqlarda anadangəlmə ürək çatmazlığı, tənəffüs sıxıntısı, böyümə və inkişaf geriliyi, qusma, çoxlu su içmə, tez-tez sidiyə getmə, görmə pozğunluqları, yorğunluq, burun qanaxmaları və üz iflici kimi simptomlar daha çox rast gəlinir".

Həkimin dediyinə görə, xəstəliyə xas digər əlamətlər də aşkar oluna bilər. Məsələn, aorta koarktasiyasında yuxarı və aşağı ətraflarda qan təzyiqinin fərqliliyi, bud arteriyasında nəbzin alınmaması, neyroblastomada qarında şişkinlik olması da təzyiqin yaranma səbəblərindəndir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45882 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 765 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 744 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO