idman
Millimizin rəqibi dəyişdi
20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yoxlama oyunlarındakı rəqibi dəyişib.
XalqTV.com xəbər verir ki, Rəşad Sadıqovun yetirmələri bu gün və mayın 27-də Makedoniyanın U-21 komandası ilə yoldaşlıq oyunu keçirməli idi.
Lakin Balkan təmsilçisi Bakıya U-20 komandası ilə gəlib. Yəni qonaqların heyətinə 1998-99-cu il təvəllüdlü futbolçular daxil edilib. Beləliklə, qeyd olunan yoldaşlıq oyunları hər iki ölkənin U-20 yığma komandaları qarşılaşacaq.
XalqTV.com
RƏYLƏR