Hadisə

Yüksək sürət ölümə səbəb oldu - Bakıda DƏHŞƏTLİ QƏZA

  • 23 May 2018
  • 158090 baxış

Paytaxtda ölümlə nəticələnən yol qəzası baş verib.

Milli.Az Xalqtv.com-a istinadla xəbər verir ki, Bakı-Salyan yolunun Sədərək dairəsi istiqamətində "Qaz 31" markalı avtomobil idarəetmədən çıxaraq divara çırpılıb. Nəticədə sərnişin aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib, sürücü isə yüngül xəsarətlər alıb.

Əraziyə polis, təcili və təxirə salınmaz tibbi yardım stansiyasının əməkdaşları cəlb olunub.

İlkin ehtimala görə qəzaya yüksək sürət səbəb olub. Fakt araşdırılır.



RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR