idman

Bakı klubundan ukraynalı ilə bağlı qərar

  • 23 May 2018
  • 157637 baxış

Yuri Maksimov növbəti mövsümdə də "Keşlə"nin sükanı arxasında olacaq.

XalqTV.com axar.az-a istinadən bildirir ki, ukraynalı mütəxəssisin mövsümün sonunda başa çatan müqaviləsi yenilənəcək. Artıq 1 illik anlaşma ilə bağlı razılıq əldə olunub. Ölkə kubokunun final oyunundan sonra Maksimov müqaviləyə imza atacaq.

Qeyd edək ki, "Keşlə" kubokun finalında "Qəbələ" ilə üz-üzə gələcək. Mayın 28-də Qəbələdə keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR