idman
\"Borussiya\"nın yeni baş məşqçisi açıqlanıb
"Borussiya Dortmund" yeni baş məşqçisinin adını açıqlayıb. Gözlənildiyi kimi, komandanın sükanı arxasına Lüsyen Favr keçib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, isveçrəli mütəxəsislə 2020-ci ilin yayına kimi müqavilə imzalanıb. 60 yaşlı çalışdırıcının son iş yeri "Nitsa" olub. O, ilk mövsümündə klubu Fransa Liqasında 3-cü etmişdi.
"Borussiya"nın keçmiş baş məşqçisi isə Peter Ştöqer idi. Avstriyalı mütəxəsis Bundesliqada mövsüm başa çatan kimi istefa vermişdi.
XalqTV.com
RƏYLƏR