idman

Poqba: \"Mourinyoya cavabı meydanda verirəm\"

  • 21 May 2018
  • 153629 baxış

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba baş məşqçi Joze Mourinyo ilə münasibətindən danışıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, fransalı havbek bunları deyib:

"O, məni ehtiyat oyunçular skamyasına göndərdi. Ona meydanda bütün gücümü ortaya qoymaqla cavab verirəm. Biz bu barədə danışmışıq. Məşqçi və oyunçu ən yaxşı dostlar olmalı, birlikdə restorana getməli deyil. Mənim oyun və psixoloji durumla bağlı problemlərim vardı. Bu, irəli getməyimə səbəb oldu. Mourinyo mənə kapitanlıq sarğısını verdi. Məsuliyyət götürmək liderlik keyfiyyətlərimin inkişafına kömək edir".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR