idman

\"Səbail\" iki legionerlə yollarını ayırır

  • 21 May 2018
  • 156719 baxış

Azərbaycan Premyer Liqasında mövsümü 7-ci pillədə başa vuran "Səbail"dən ayrılacaq ilk iki oyunçunun adına aydınlıq gəlib.

XalqTV.com xəbər verir ki, bu barədə apasport.az saytına açıqlamasında komandanın baş məşqçisi Samir Əliyev məlumat verib.

O bildirib ki, icarə əsasında paytaxt klubunda çıxış edən yarımmüdafiəçilər Yevgeni Koçuk və Faruk Miya klublarına qayıdacaqlar: "Açığı, futbolçularla və rəhbərliklə görüşdən sonra hər şeyə aydınlıq gələcək. Qarşıya qoyulacaq hədəfə uyğun heyət qurulacaq. Ancaq Miya və Koçukun icarə müddəti başa çatır. Çox güman ki, onlarla yollarımızı ayıracağıq. Çünki futbolçular özləri də Avropada, müqavilə ilə məxsus olduqları klubda oynamaq istəyirlər".

Əliyev həmçinin yay toplanışının planını hazırladıqlarını da əlavə edib. Bu məsələyə də rəhbərliklə görüşdə aydınlıq gələcək.

Qeyd edək ki, Yevgeni Koçuk və Faruk Miya "Səbail"ə bu ilin əvvəlində icarə əsasında keçmişdi. Koçuk müqavilə ilə "Jilina"ya, Miya isə "Standard"a məxsusdu.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR