idman

Sarri \"Zenit\"in təklifinə ciddi yanaşmır

  • 21 May 2018
  • 155143 baxış

"Zenit" "Napoli"nin məşqçisi Maurisio Sarri ilə danışıqları davam etdirir.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "piterlilər" ona ildə 7 milyon avro məvacib ödəməyə hazırdır. Yüksək məvacibə baxmayaraq, Sarri "Zenit"də işləməkdə maraqlı deyil.

Qeyd edək ki, klub öncəki baş məşqçisi Roberto Mançiniyə 4.5 milyon avro məvacib verirdi.

"Gazzetta dello Sport" onun yaxın vaxtlarda "Çelsi" ilə danışıqlar aparmaq üçün Londona gedəcəyini yazır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR