İqtisadiyyat

Bakıda gecə vaxtı banka daşla hücum

  • 21 May 2018
  • 153353 baxış

Mayın 19-da saat 1 radələrində Nəsimi Rayon Mühafizə İdarəsinə bankların birinin rayon filialından həyəcan siqnalı daxil olub.

DİN-dən XalqTV.com-a verilən məlumata görə, dərhal hadisə yerinə gələn polis əməkdaşları oranın giriş qapısının şüşəsini daşla sındıraraq oğurluğa cəhd göstərən şəxsi cinayət başında yaxalayıblar.

19-cu Polis Bölməsinə təhvil verilən şəxsin Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Əhməd Zeynallı olduğu müəyyən edilib.

>

Faktla bağlı araşdırma aparılır.

Pünhan Mirzə
XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR