Siyasət

Azərbaycan və Serbiya iki saziş imzalayacaq

  • 21 May 2018
  • 154198 baxış

Serbiya Prezidenti Aleksandr Vuçiçin mayın 21-22-də Bakıya səfəri çərçivəsində Azərbaycan və Serbiya arasında aviasiya və avtomobil nəqliyyatı sahəsində iki saziş imzalanacaq.

XalqTV.com xəbər verir ki, bu barədə Trend Serbiya hökumətinə istinadən məlumat verir.

Sənədləri Serbiya tərəfdən Baş nazirin müavini, tikinti, nəqliyyat və infrastruktur naziri Zorana Mixayloviç imzalayacaq.

Qeyd olunur ki, bu sənədlər Belqrad və Bakı arasında birbaşa aviareyslərin açılmasına şərait yaradacaq, həmçinin iki ölkə arasında iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsinə kömək edəcək.

XalqTV.com

ŞƏRH YAZ

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR