İqtisadiyyat

BMK Azərbaycana kömək edəcək

  • 20 May 2018
  • 153998 baxış

Beynəlxalq Maliyyə Korporasiyası (BMK) aqrobiznesin rəqabət qabiliyyətini artırmağa Azərbaycan hökumətinə kömək etmək niyyətindədir.

XalqTV.com bildirir ki, bunu  Trend-ə müsahibəsində BMK-nınCənubi Qafqaz üzrə regional meneceri Yan van Bilsen bildirib.

Menecerin sözlərinə görə, kənd rayonlarında əhalinin təxminən 40 faizinin iş yerləri və gəlirlərini təmin edən kənd təsərrüfatı sektoru maliyyələşdirilməyə çıxışın genişləndirilməsi vasitəsi ilə daha məhsuldar və mənfəətli ola bilər.

>

Yan van Bilsen bildirib: "Buna kömək etməyin yollarından biri kənd təsərrüfatı ilə bağlı hava və qiymət dəyişkliyi kimi riskləri yüngülləşdirən aqro-sığortadır. Avropa və Mərkəzi Asiyada aqromaliyyələşdirmə üzrə məsləhətçi layihə fermerlərlə müxtəlif çöl tədqiqatların aparılması, kənd təsərrüfatı sığortası haqqında qanunun işlənməsi, kənd təsərrüfatı sığortası sisteminin konsepsiyasının işlənib hazırlanması üçün Azərbaycan hökuməti ilə işləyib".

XalqTV.com 

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR