idman

Əzələlərin relyefli görünməsinin sirri - FOTO

  • 19 May 2018
  • 155255 baxış

L-carnitine (L-karnitin) təbii şəkildə bədəndə yaranan, yağın enerji kimi istifadə olunmasını təşkil edən amino turşusudur.

XalqTV.com   Muscle boost Baku-ya istinadla bildirir ki, idmanla arıqlamaq üçün istifadə olunur. Bədəndəki yağları əridərək, əzələlərin daha relyefli görünməsini təmin edir. Digər idman qidalarından fərqli olaraq tamamilə zərərsiz, əksinə faydalıdır.

/>

Karantin qaraciyər və böyrəklərdə istehsal olunub, beyində və spermada ehtiyat maddə kimi saxlanılır. Normalda bədənin istehsal etdiyi karnitin miqdarı normal fəaliyyət üçün yetərlidir. Lakin bəzi insanlarda, xüsusən də yaşlılarda karnitin miqdarı azalır və ya lazım olan hüceyrələrə daşına bilmir. Bu zaman supplement (saplment - idman qidası) kimi ağız yolu ilə qəbul etmək olar. Karnitin məşq zamanı bədənin enerji kimi yağdan istifadə etməsini təşkil edir.

/>

Karnitin təbii yolla ət məhsullarından, süddən və avokadodan alınır. 1 kiloqram qoyun ətində 2100 milliqram karnitin var. Bədənin günlük karnitin ehtiyacı 300 milliqramdır.

/>

İdman qidası kimi qəbul etdikdə gündəlik 2 qram karnitin yetərlidir. 2 qram karnitini məşqdən yarım saat və ya 45 dəqiqə əvvəl qəbul etmək lazımdır. Karnitini qəbul etdikdən sonra təsirini görmək üçün məşqi əvvəlkindən də çox etmək, kardio hərəkətlərinə üstünlük vermək lazımdır.

/>

Qeyd: Karnitin qəbulu zamanı bununla bağlı olaraq bədən daha gec yorulur və bu səbəbdən də məşq daha uğurlu alınır.

Karnitinin faydaları:

İnfarkt keçirənlərin ikinci dəfə bunu yaşamasına mane olur, alzaymr, damar, böyrək xəstəliklərinin qarşısını almağa, sperm sayı azlığı, ereksiya problemlərini aradan qaldırmağa kömək edir.

Karnitinin zərərləri:

Karinitini gündəlik normal miqdarda qəbul etdikdə hər hansı zərəri yoxdur. Lakin 3 qramdan artıq qəbul etdikdə baş ağrısı, qusma, ishal, qaşıntı və pis qoxu kimi əks təsirlər göstərə bilər.

/>

Azərbaycanda karntinin qiyməti yarımlitrlik qabda 30-35 manat arası dəyişir.

Emin
XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR