\"eMotion32\" - Gülüşü yenidən kəşf et!
Jurnalist və bloqer Ramin Musayevin müəllifi olduğu "eMotion32" sosial layihəsinin təqdimatı və foto sərgisi Azərbaycan Milli İncəsənət Muzeyində şənbə günü, 19 mayda bağlı təqdimetmədə təqdim olunacaq.
"İnsanlar neqtiv əhval ruhiyyəni yayarkən ətrafadkılara təsir edə bilərlər. Bu da digərlərin əhval- ruhiyyəsini pozur. Pessimist fikirlərlə yaşayan insanın uğur qazanma şansı sıfıra enir. Çünki bizim şüuraltında olan fikirlərimiz edəcəyimiz hər bir addımı öncədən uğursuz olmasına yol açır. Mən uğurlu, optimist və hər zaman gülərüz sosial aktiv şəxsin portretlərini nümayiş etdirərək, hamını pozitiv və gülərüz olmağa çağırıram.
>Mənə bu layihəni həyata keçirdməkdə Samsung dəstək oldu. Mən qəhrəmanlarımı müasir
smartfona çəkərək, şəkillərə heç bir müdaxilə olmadan nümayiş etdirirəm. Bu şəkillər
gündəlik həyatda çəkilən şəkillərdən ibarətdir.
Gəlin birlikdə gülüşü yenidən kəşf edək, həyatımızı dəyişək!" - layihənin müəllifi Ramin
Musayev təklif edir.
Sərgi 20-25 May tarixlərində Azərbaycan Milli İncəsənət Muzeyində nümayiş etdiriləcək.
Giriş səhbəstdir.