Dünya

Qüdsdə səfirliyin açılışına adı yazılıb, nümayəndəsi getməyən ölkələr

  • 17 May 2018
  • 158817 baxış

Qüdsdə ABŞ səfirliyinin açılış mərasimində 32 deyil, 22 ölkənin nümayəndəsinin qatıldığı məlum olub.

Milli.Az XalqTv.com-a Türkiyə mətbuatına istinadla xəbər verir ki, mərasimə 32 ölkənin nümayəndəsinin qatılacağı deyilsə də, 22 nümayəndə iştirak edib. Bu barədə məlumatı İsrailin "Haaretz" qəzeti yayıb.

Mərasimə qatılacağı bildirilən, lakin nümayəndəsi qatılmayan ölkələr:

Kot-d`İvuar
Salvador
Panama
Peru
Filipin
Serbiya
Cənubi Sudan
Tailand
Ukrayna
Albaniya
Vyetnam

İsrail dövlətinin yaradılmasının 70 illiyi və bu yubiley münasibətilə ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə keçirilməsi ilə əlaqədar olaraq Qəzza sektorunda etiraz aksiyası keçirilir. Mayın 14-də İsrail əsgərləri aksiya iştirakçılarına atəş açıblar. Qarşıdurma nəticəsində 61 fələstinli ölüb, 2700-ü yaralanıb.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR