idman
\"Kalmar\" Eminsiz qalib gəldi
Futbol üzrə İsveç çempionatında 8-ci turun oyunları keçirilib.
XalqTV.com komanda.az-a istinadən xəbər verir ki, azərbaycanlı futbolçu Emin Nurinin formasını geyindiyi "Kalmar" da növbəti matçına çıxıb. Sözügedən kollektiv doğma meydanda "Sirius"la üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 1:0.
Emin bu görüşdə də meydana çıxmayıb. Buna səbəb onun xeyli müddətdi zədədən əziyyət çəkməsidi.
"Kalmar" hazırda 16 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.
XalqTV.com
RƏYLƏR