İqtisadiyyat

Azər Türk Bankdan \"28 May\" kampaniyası

  • 14 May 2018
  • 156666 baxış

Müştərilərinin maliyyə ehtiyaclarının ödənilməsinə yardımçı olan, daima müştərilərə əlverişli şərtlərlə kredit təklif edən dövlət bankı Azər Türk Bank Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar olaraq "28 May" kampaniyasına start verdi.

Belə ki, 31 May tarixinədək müştərilər Azər Türk Bankdan zaminsiz maksimum 10.000 AZN-dək, zaminlə maksimum 20.000 AZN-dək, 3 aydan 36 ay müddətinə kredit əldə edə bilərlər. Kreditin illik faiz dərəcəsi 18%- dən başlayır. Kredit üzrə xidmət haqqı, sadəcə, 1% təşkil edir. Qeyd edək ki, kampaniya may ayının 14-dən 31-dək davam edəcəkdir.

>

Bundan başqa müştərilər "İpoteka", yalnız şəxsiyyət vəsiqəsi ilə "Əmanət qarşılığında kredit", sığorta xərci olmayan "İstehlak", "Lombard", "#Gül kimi"kreditləri və Ödəniş kartı vasitəsilə açılan kredit xəttindən də yararlana bilərlər.

Bu barədə daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR