idman

\"Mən dostumun yoxluğunu hiss edəcəyəm\"

  • 14 May 2018
  • 156108 baxış

Joze Moyurinyonun assistenti Ruy Faria mövsümün sonunda "Mançester Yunayted"dən ayrılacaq.

XalqTV.com komanda.az-a istinadən xəbər verir ki, Ruy 17 ildi ki, Mourinyo ilə birgə işləyirdi. O, yeni çağırışdan əvvəl ailəsinə daha çox vaxt ayırmaq istədiyi üçün bu addımı atdığını bildirib:

"Bu, unudulmaz 17 il oldu. Ancaq son zamanlar hiss edirəm ki, yeni çağırışdan əvvəl ailəmə daha çox vaxt ayırmalıyam. Mənə inandığı üçün Mourinyoya ürəkdən təşəkkür edirəm. Ən əsası isə ona yaxşı dostluğuna görə minnətdaram. "Mançester Yunayted"ə, indiyə qədər işlədiyim bütün klublara minnətdaram".

Joze Mourinyo da məsələ ilə bağlı fikirlərini bildirib:

"17 il. Leyriya, Portu, London, Milan, Madrid, sonra yenə London və nəhayət Mançester.

Məşqlər, səfərlər, həyəcan, təbəssüm, xobəxlikdən göz yaşları. Bu 17 ildə o, uşaqdan əsl kişiyə çevrildi. Ruy karyerasını baş məşqçi kimi davam etdirmək üçün hazırdı.

Mən dostumun yoxluğunu hiss edəcəyəm. Bu, ağırdı. Ancaq başa düşürəm ki, onun qərarı daha vacibdi. Qəbul etdiyi qərara hörmətlə yanaşıram. Və bilirəm ki, bütün hallarda, bir yerdə olacağıq. Xoşbəxt ol, qardaş".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR