idman
\"Real\"dan Ronaldusuz bir ilk
İspaniya La Liqasının 37-ci turunda "Real" (Madrid) evdə "Selta"nı 6:0 hesabıyla darmadağın edib. Komandanın qolyadoru Kriştianu Ronaldu bu oyunun iştirak ərizəsinə daxil edilməyib. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "Real" 2009-cu ildən sonra 13-cü dəfə Primerada 6 qol fərqilə qələbə qazanıb. Amma klub bunu ilk dəfə olaraq, Ronaldu olmadan edib.
Portuqaliyalı ulduz "El Klasiko"da topuğunda ortaya çıxan ağrılara görə erkən əvəzlənmişdi. Onun Çempionlar Liqasının finalına qədər tam hazır olacağı bildirilir.
XalqTV.com
RƏYLƏR