idman

Mourinyonun \"sağ əli\" gedir

  • 14 May 2018
  • 155199 baxış

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyonun yaxın dostu və köməkçisi Rui Fariya mövsümün başa çatan kimi klubdan ayrılacaq. XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssis qərarını ailəsinə daha çox vaxt ayırmaq və yeni sınaqlar gözləməklə əsaslandırıb.

"Hər şeyi dərindən təhlil edəndən sonra ürək ağrısı ilə yola davam etmək qərarına gəldim. Mourinyo ilə fantastik və unudulmaz 17 il keçirdik. Amma bir vaxt hiss etdim ki, ailəmlə daha çox zaman keçirmək istəyirəm. Daha sonra yeni peşəkar sınaqlara köklənəcəm" - Fariya deyib.

Mourinyo - Fariya əməkdaşlığı 2002-ci ildə "Portu"dan başlanıb. Duet "Çelsi", "İnter", "Real" və "Mançester Yunayted"də birlikdə çalışıb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR