İqtisadiyyat

Maşın bazarında yay qiymətləri - VİDEO

  • 13 May 2018
  • 158209 baxış

Yay mövsümünün gəlişi ilə avtomobil bazarlarında canlanma müşahidə edilir. Bazara satışa çıxarılan avtomobillər çox olsa da ,alıcı qıtlığı yaşanır. Bakıda maşın bazarında qiymətlərdə elə də dəyişiklik müşahidə edilməsə də, rayonlarda ucuzlaşma var. Əməkdaşlarımız bu gün paytaxt və bölgələrdə maşın bazarında qiymətləri araşdırıblar.

XalqTV.com xezerxeber.az-a istinadən bildirir ki, hər markada, hər qiymətə maşın var.Amma alıcı azdır.Görüntülər paytaxtdakı maşın bazarındandı.Satıcılar ötən illə müqayisədə alıcılıq qabiliyyətinin aşağı olduğunu deyirlər.

Bu satıcı avtomobilini satmaq üçün bir neçə dəfədir bazara gəldiyini bildirir.Alıcı tapa bilmədiyindən hər gəlişində qiymətdə endirim edir.

Bəzi alıcılar isə qiymətlərin şişirdildiyi qənaətindədir.

Bölgələrdəki maşın bazarında isə vəziyyət fərqlidi.Sumqayıtdakı satıcılar son iki həftədir ki,bazarda durğunluq olduğunu və qiymətlərin endiyini deyirlər..Bəzi alıcılar qiymətlərin daha da ucuzlaşmasını gözləyir...

>

Bərdə bazarında isə daha çox Rusiya istehsalı avtomobillərdə qiymətlərin enməsi müşahidə edilir.

Bazarlarda alıcılıq qabiliyyətinin yaxın aylarda artacağı gözlənilir.

XalqTV.com

Videonu izləmək üçün şəklə klikləyin:
/> vspace="5" />

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR