idman
\"Roma\" Cengiz Ünderi buraxmaq istəmir
Avropanın bir neçə böyük klubu cari mövsümdə öz oyunu ilə diqqət mərkəzinə düşən "Roma"nın türkiyəli futbolçusu Cengiz Ünderin xidmətində maraqlıdı.
XalqTV.com komanda.az-a istinadla xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə Dortmund "Borussiya"sı, "Monako" və "Atletiko"nun gənc futbolçunu heyətinə cəlb etmək istədiyi qeyd edilib. Lakin "Roma"nın bu klublara cavabı mənfi olub.
Belə ki, "canavarlar"ın idman direktoru Monçi futbolçunun yeni meneceri Fai Ramadaniyə Cengizi satmaq fikrində olmadıqlarını deyib.
"Roma"ya ötən ilin yayında keçən 20 yaşlı futbolçu, cari mövsümdə şans qazandığı 31 oyunda 8 qol vurub, 2 məhsuldar ötürmə edib.
XalqTV.com
RƏYLƏR