İqtisadiyyat

Azərbaycan nefti 3 dollar bahalaşıb

  • 11 May 2018
  • 155120 baxış

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 9-da 77,84 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 2,99 dollar/barel çoxdur.

XalqTV.com  target="_blank" text-align:="" text-indent:="" text-transform:="" trebuchet="" white-space:="" widows:="" word-spacing:="">Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 9-da 77,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 3 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 9-da 73,35 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 3,01 dollar/barel çoxdur.

>

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 9-da 77,31 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 3 dollar/barel çoxdur.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR