idman

\"Qrizmanna görə 100 milyon avro çox azdır\"

  • 10 May 2018
  • 151412 baxış

"Atletiko Madrid"in hücumçusu Antuan Qrizmannın adı "Barselona" ilə hallanır. Katalon klubunun onun müqaviləsində göstərilən 100 milyon avro buraxılış qiymətini aktivləşdirməyə hazır olduğu deyilir.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, Madrid klubunun müdafiəçisi Filipe Luis bu məsələ ilə bağlı fikirlərini bölüşüb.

"Onun üçün 100 milyon avro olduqca aşağıdır. Antuanın gedişi barədə düşünmürük. O, getmək istəsə, bu, Avropa Liqasının finalından sonra olacaq. Bu qiymət Qrizmanna görə azdır. Mövsümü yaxşı başa vursaq, lap az hesab ediləcək. O, "Atletiko"nun aparıcı futbolçusudur. Antuana kömək edirik ki, yaxşı oynasın. Onun qalmağını istəyirik, amma taleyinə özü qərar verəcək".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR