idman

\"Boka Xuniors\" 33-cü dəfə Argentina çempionu oldu

  • 10 May 2018
  • 153686 baxış

"Boka Xuniors" futbol klubu Argentina çempionatının başa çatmasına bir tur qalmış ölkə çempionu olub.

XalqTV.com  "Report"a istinadən bildirir ki, Buenos-Ayres klubu cümə axşamına keçən gecə "Ximnasiya və Esqrima" komandası ilə 2:2 hesablı heç-heçə edib.

İndi "Boka Xuniors" sona bir tur qalmış ikinci yerdə qərarlaşan "Qodoy-Krus" komandasını 4 xal qabaqlayır.

Bu çempionluq "Boka Xuniors" üçün 33-cü, ardıcıl isə ikinci olub. Daha çox titul isə "River Pleyt"in aktivindədir - 36.

Argentina çempionatında 28 komanda iştirak edir. Birdövrəli turnir ötən il avqustun 25-də start götürüb.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR