STAR neft emalı zavodunun tikintisi 99% tamamlanıb
STAR neft emalı zavodunun tikintisi 99% tamamlanıb.
XalqTV.com Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayevin rəsmi mətbuatda dərc olunan məqaləsində deyilir.
R.Abdullayev qeyd edib: "Türkiyədəki ən böyük aktivimiz olan "Petkim" Petrokimya Holdinqinin timsalında biz bunu aydın şəkildə görə bilirik. Məhsullarını təxminən 40 ölkəyə ixrac edən "Petkim" 2008-ci ildə SOCAR-ın idarəçiliyinə keçdikdən sonra xalis mənfəətini 9,2 dəfə artırıb. Holdinqin səhmlərinin dəyəri isə 8,7 dəfə yüksəlib. "Petkim"i xammal ilə təmin edəcək STAR neft emalı zavodunun tikintisi 99% tamamlanıb. Cari ilin sentyabrında zavodda ilk məhsulun satışı, dekabrda isə şərti qəbulu həyata keçiriləcək. Zavodun istehsal gücü 10 milyon ton həcmində nəzərdə tutulur".
>Onun sözlərinə görə, zavodda istehsal olunacaq məhsulların bir qismi, o cümlədən nafta "Petkim" kompleksində xammal kimi istifadə ediləcək ki, bu da ümumi xərclərin aşağı salınmasında böyük rol oynayacaq:
"Ümumiyyətlə, zavodda istehsal ediləcək məhsulların əsas hissəsi Türkiyənin daxili bazarı, qalan hissəsi isə ixrac üçün nəzərdə tutulur. Cari ildə STAR üzrə aparılacaq işlərin əsas hədəfi istehsalat proseslərinin rəqəmsallaşdırılması olacaq".
XalqTV.com