idman

Salahdan növbəti XEYİRXAH ADDIM

  • 07 May 2018
  • 152640 baxış

"Liverpul"un ulduz futbolçusu Məhəmməd Salah oyunu ilə yanaşı, yaşıl meydanlardan kənardakı hərəkətləri ilə alqış toplamağa davam edir.

XalqTV.com bildirir ki, 25 yaşlı hücumçu növbəti xeyirxah addımını doğulub boya-başa çatdığı Misirin Naqriq vilayətində edib. O, susuzluqdan əziyyət çəkən vilayət üçün böyük su anbarı inşa etdirməyə qərar verib.

Salah anbar üçün nəzərdə tutulan əraziyə görə 350 min avro ödəyib.

Salah bundan öncə Naqriqdə məktəb və xəstəxanalar inşa etdirib. (publika.az)

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR