idman
Azərbaycan Kubokunun finalında xarici müğənni
Azərbaycan kubokunun final matçına dəvət olunan məşhur simalardan biri müəyyənləşib.
XalqTV.com-ın Peşəkar Futbol Liqasının feysbuk səhifəsinə istinadən məlumatına görə, mayın 28-də keçiriləcək finalda rumıniyalı müğənni Seeya da iştirak edəcək.
"Chocolata" (Papito) mahnısı ilə məşhurlaşan Seeya Qəbələ şəhər stadionunda baş tutacaq qarşılaşmadan öncə azarkeşlərə konsert verəcək. Seeyanın çıxışı "Keşlə" - "Qəbələ" oyunundan 1 saat əvvəl - 19:00-da başlayacaq.
Qeyd edək ki, final matçı saat 20:00-da başlayacaq.
XalqTV.com
RƏYLƏR