idman
Morata A Seriyasına qayıtmaq arzusundadır
"Çelsi"nin hücumçusu Alvaro Morata "Yuventus"a qayıtmaq istəyir.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 25 yaşlı forvard "qoca senyora" ilə şəxsi müqaviləsini artıq razılaşdırıb. "Çelsi"də əsas heyətə düşə bilməyən futbolçu məhsuldar oynadığı İtaliyaya geri dönməkdə israrlıdır.
"Yuventus" "Çelsi"nin tələb etdiyi transfer məbləğini ödəməkdə çətinliklə üzləşə bilər. "Zadəganlar" ötən il Moratanı 80 milyon avroya heyətinə qatmışdı.
XalqTV.com
RƏYLƏR