Namaza qadağa qoymaq nə dərəcədə günahdır?
Namaz Allahın əmri olduğu üçün namaza qadağa qoymaq Onun əmrinə qarşı çıxmaq sayılır. Bu isə böyük qünahdır. Uca Allah Qurani-Kərimdə namaza mane olan kəsi qınayır və ona şiddətli əzabı vəd edir.
XalqTV.com zikr.az-a istinadən bildirir ki, Uca Allah buyurur: "Gördünmü o kəsi ki, mane olur bir bəndəyə namaz qıldığı zaman? Söylə görək, əgər o bəndə doğru yoldadırsa, yaxud Allahdan qorxmağı əmr edirsə, onda necə olsun? Söylə görək, əgər o kafir haqqı yalan sayıb üz döndəribsə, onda necə olsun? Məgər o bilmir ki, Allah görür? Xeyr! Əgər son qoymasa, Biz onun kəkilindən tutacağıq - yalançı, günahkar kəkilindən. Qoy öz yığnağını çağırsın. Biz də əzab mələklərini çağıracağıq. Xeyr, sən ona qulaq asma! Səcdə qıl və Allaha yaxınlaş!" (əl-Aləq, 9-19).
Bu ayələr Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) dövründə ona namaz qılmağa mane olmaq istəyən Əbu Cəhl adlı kafir haqqında nazil edilmişdir.
XalqTV.com