Napoli-də prezident və baş məşqçinin \"arası dəyib\"
İtaliya A Seriyasında cari mövsüm çempionluq mübarizəsini sona qədərdavam etdirə bilməyən Napoli-də baş məşqçi dəyişikliyi real görünür.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, klub prezidenti Aurelio De Laurentislə komandanın çalışdırıcısı Maurisio Sarri arasında münasibətlər qaydasında deyil. Bunu De Laurentisin son açıqlamaları da göstərir. O, təcrübəli mütəxəsisi heyətdə rotasiyadan istifadə etmədiyinə və eyni futbolçulara şans verdiyinə görə tənqid etmişdi. Sarrinin müqaviləsi, böyük ehtimalla yenilənməyəcək. Onun anlaşmasından 8 milyon avro buraxılış qiyməti göstərilib. İtalyan məşqçiyə Chelsea, Tottenham, Monaco və Borussia Dortmund maraq göstərir. Yerli mətbuat Chelsea və Napoli arasında məşqçi dəyişikliyi olacağını da ehtimal edir. Konte Neapol, Sarri isə London klubuna yollana bilər.
Sarri 2015-ci ildən Napoli-ni çalışdırır. Onun cari sözləşməsi 2020-ci ilin yayında bitəcək.
XalqTV.com