idman
Burnley 51 illik fasilədən sonra Avrokuboklarda
Burnley növbəti mövsüm Avropa Liqasında çıxış edəcək.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 37-ci turda Southampton-la heç-heçə edən (1:1) Everton turnir cədvəlində Şon Dayçın komandasına çatmaq imkanını itirib. Burnley 6-cı pillədə olan Arsenal-ı keçsə, birbaşa Avroliqanın qrup mərhələsində oynayacaq.
Qeyd edək ki, Premyer Liqaya 2 il öncə qayıdan Burnley 51 ildir Avrokuboklarda oynamır.
XalqTV.com
RƏYLƏR