İqtisadiyyat

Azərbaycanda bank sektorunun kapitallaşması artıb

  • 06 May 2018
  • 159939 baxış

2018-ci ilin birinci rübünün yekunlarına əsasən Azərbaycanda bank sektorunun kapitallaşması 3,87 milyard təşkil edib. Bu, ötən ilin sonu ilə müqayisədə 4,34 faiz və ya 160,9 milyon manat çoxdur.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, hesabat dövründə Azərbaycanda fəaliyyət göstərən bankların ümumi aktivləri 27,9 milyard manat, öhdəlikləri 24 milyard manat təşkil edib. Əhalinin depozitlərinin həcmi 7,6 milyard manata bərabər olub.

Bankların aktivləri ötən ilin sonu ilə müqayisədə 0,05 faiz, öhdəlikləri 0,73 faiz azalıb.

>

Bu müddət ərzində Azərbaycanda fəaliyyət göstərən 30 bankın filiallarının sayı 511-ə (2 yeni filial), şöbələrinin sayı 143-ə (1 yeni şöbə), bankomatların sayı 2455-ə (24 yeni bankomat) çatıb.

Hesabat dövründə bankların əməkdaşlarının sayı 218 nəfər artaraq 16389 nəfər təşkil edib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR