idman
\"Əgər Premyer Liqanı tərk etsək...\"
İngiltərənin "Stok Siti" klubunun futbolçusu Piter Krauç komandanı tərk edə bilər.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, bunu 37 yaşlı futbolçunun özü açıqlayıb.
O bildirib ki, əgər komandası Premyer Liqanı tərk etsə, özünə yeni klub axtarmalı olacaq. Aşağı dəstədə oynamaq niyyətindən uzaq olan futbolçu əlində olan variantları götür-qoy edəcəyini vurğulayıb: "Müqaviləmi bir illik uzadanda Premyer Liqada qalacağımızı düşünürdüm. Ağlıma da gəlməzdi ki, bunu bacarmayacağıq. Əgər Premyer Liqanı tərk etsək, digər variantlara baxacam".
Qeyd edək ki, hazırda 19-cu pillədə qərarlaşan "Stok Siti" Premyer Liqada qalma zonasından cəmi 3 xal ayırır.
XalqTV.com
RƏYLƏR