idman

\"Beşiktaş\" \"Fənərbağça\" ilə oyuna gəlmədi

  • 04 May 2018
  • 153546 baxış

Türkiyə Kubokunun yarımfinal mərhələsi çərçivəsində "Beşiktaş" və "Fənərbağça" arasında keçirilən və yarıda qalan cavab qarşılaşması gözlənildiyi kimi yenidən baş tutmayıb.

XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, oyunun mayın 3-də qaldığı yerdən (57-ci dəqiqə) davam etdirilməsi qərara alınmışdı.

Lakin "Beşiktaş" əvvəlcədən də elan etdiyi kimi, görüşə çıxmaqdan imtina edib. "Fənərbağça" futbolçuları meydanda isinmə hərəkətləri edib, rəqibi gözləsə də, qonaq komanda oyuna gəlməyib.

Sözügedən qarşılaşma ilə bağlı yekun qərarı Türkiyə Futbol Federasiyasının İntizam Komitəsi verəcək. İlkin ehtimallara görə, "Beşiktaş"a texniki məğlubiyyət veriləcək və "Fənərbağça" finala yüksələcək. "Qara qartallar"ı, üstəlik, digər cəzalar da gözləyir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR