idman

Azərbaycanlı hakim Portuqaliya - Norveç oyununda

  • 03 May 2018
  • 158837 baxış

Azərbaycanlı hakim Rza Məmmədovun 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsində təyinat aldığı ilk oyun müəyyənləşib.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, FİFA referisinin köməkçisi B qrupunun Portuqaliya - Norveç oyununda yan xətt hakimi olacaq. Qarşılaşmanın baş hakimi isə hollandiyalı Denis Hiqler olacaq.

Qeyd edək ki, Portuqaliya - Norveç matçı mayın 4-ü Bakı vaxtı ilə saat 16:00-da başlanacaq. Avropa çempionatının final mərhələsi mayın 20-dək İngiltərədə keçiriləcək.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR