idman

\"Real Madrid\"dən növbəti rekordlar

  • 02 May 2018
  • 147016 baxış

"Real Madrid" Çempionlar Liqasının finalına yüksəlməklə bir neçə rekorda imza atıb.

XalqTV.com goal.az-a istinadən xəbər verir ki, 7-ci dəfə həlledici görüşdə iştirak hüququ qazanan Madrid təmsilçisi bu göstəricidə İtaliyanın "Milan" və "Yuventus" komandalarını geridə qoyub. Ardıcıl 3-cü mövsüm finala yüksəlməklə sözügedən klubların rekordunu təkrarlayıb.

İspan klubu Zinəddin Zidanın rəhbərliyi altında ardıcıl 3-cü dəfə Çempionlar Liqasının finalına yüksəlməklə, Marçelo Lippinin rekordunu təkrarlayıb.

"Real Madrid"in finaldakı rəqibi bu gün "Roma" - "Liverpul" matçından sonra müəyyənləşəcək. İlk görüşdə "qırmızılar" qalib gəlib - 5:2.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR