idman

Məşhur qrossmeyster Göygöldə olub - FOTO

  • 01 May 2018
  • 152319 baxış

Şahmat üzrə dünya çempionu, norveçli Maqnus Karlsen Göygöldə olub.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, o bu barədə öz "Twitter" səhifəsində yazıb.

Şahmatçı bildirib ki, Azərbaycanda olduğu son gündə ona doğma ölkəsini xatırladan bir yerə gəlib. Qrossmeyster füsunkar Göygöldən foto da paylaşıb.

Xatırladaq ki, M.Karlsen bir neçə gün əvvəl Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnirin qalibi olub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR