idman

\"Qalatasaray\" prezidenti avtomobil qəzasına düşdü

  • 30 Apr 2018
  • 155528 baxış

Türkiyənin "Qalatasaray" klubunun prezidenti Mustafa Cengiz avtomobil qəzası keçirib. 

XalqTV.com report-a istinadən xəbər verir ki, M.Cengiz Türkiyə Super Liqasının XXXI turunda doğma meydanda "Beşiktaş"la qarşılaşdıqları oyundan sonra yol qəzasına düşüb.

Saat 00:00 radələrində onun sürücüsünün idarə etdiyi maşın avtobanda olan bir avtobusla toqquşub. Hadisə nəticəsində ciddi yaralananlar olmayıb. Klub prezidentinin vəziyyətinin qaydasında olduğu açıqlanıb.

Qeyd edək ki, "Qalatasaray" - "Beşiktaş" görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR