idman

Alman mediası boksçumuzdan yazdı - FOTO

  • 26 Apr 2018
  • 158789 baxış

Peşəkar boksçumuz, dünya və Avropa çempionu Azad Əzizov aprelin 28-də növbəti dəfə Azərbaycan bayrağı altında beynəlxalq rinqə çıxacağı ilə bağlı xəbər Almaniya mediasının diqqətini çəkib.

XalqTV.com-a bu barədə məlumatı diaspor üzrə araşdırmaçı-yazar Elnur Eltürk verib. Almaniyanın "General-anzeiger" mediası Azad Əzizovun baş tutacağı döyüş haqqında geniş məlumat verib. Qəzet boksçumuzun 2007-ci ildə Almaniyada yaşadığını, bir sıra uğurlara sahib olduğunu, yarışa ciddi hazırlaşdığını yazıb.

Boksçumuz Azad Əzizov bu döyüşünü Aprel şəhidlərinin xatirəsinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edəcək.

XalqTV.com

/>

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR