SAĞLAMLIQ

Xərçəng hüceyrəsini \

  • 25 Apr 2018
  • 152951 baxış

Stenford Universitetinin tibb fakültəsinin müəllimi professor Utkan Dəmirçi, xərçəngin erkən diaqnozu üçün tətbiq etdikləri "maqnetik qaldırma texnologiyası"nın, hüceyrələri maqnetik sahələrə qoyub qravitasiyaya qarşı uçurduğunu ifadə etdi.

XalqTV.com deyerler.org-a istinadən bildirir ki, U.Dəmirçi xərçəngin çox heterogen bir problem olduğunu və eyni xərçəng hüceyrələrinin bədəndə fərqli zamanlarda, fərqli xüsusiyyətlər göstərə biləcəyini izah edərək, xərçəngin öz içərisində fərqli hüceyrələnmələrə ayrıldığını və bunlar haqqında fikir sahibi olunduğunda hansı xəstəyə, nə növ bir müalicə tətbiq olunması lazım olduğuna daha dəqiq qərar verilə biləcəyini söylədi.

Bu sahədə yaradılan texnologiyalardan ən maraqlı olanının "magnetik qaldırma texnologiyası" olduğuna diqqəti çəkən U.Dəmirçi belə dedi: "Bu texnologiya sayəsində, biz yüngül hüceyrələri qandan asan bir şəkildə ayıra bilirik. Qandan hüceyrələri sürətlə yığdığımız xəstəyə istiqamətli də son dövrdə fərdi tibb də deyilən bir müalicə tətbiq edirik".

>

U.Dəmirçi sağlam hüceyrələrlə xərçəng hüceyrələri arasında bir sıxlıq fərqi olduğu məlumatını verərək dedi: "Bu qaldırıma hüceyrələri qoyduğunuz zaman, xərçəng hüceyrələri daha yuxarıya doğru uçur. Yəni xərçəng hüceyrələri bir az daha yüngül hüceyrələrdir".

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR
xalqtv
"Doğuşun baş verməsi üçün..."
  • 06 May 2017
  • 45882 baxış
Gicitkənin faydaları
Gicitkənin faydaları
  • 06 May 2017
  • 765 baxış
Həzm çətinliyinə qarşı 6 qida
Həzm çətinliyinə qarşı 6 qida
  • 06 May 2017
  • 765 baxış
Dizlərimiz niyə kirəclənir?
Dizlərimiz niyə kirəclənir?
  • 06 May 2017
  • 744 baxış
Sən demə, pendir ziyan imiş
Sən demə, pendir ziyan imiş
  • 07 May 2017
  • 839 baxış
Balaca Raul: Bu xəstəlik deyil - FOTO