idman

\"Peşə təhsili haqqında\" qanun layihəsi qəbul olundu

  • 24 Apr 2018
  • 160146 baxış

"Peşə təhsili haqqında" qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

XalqTV.com Trend-ə istinadən xəbər verir ki, bir sıra deputatlar bu qanun layihəsinin Azərbaycanda peşə təhsilinin inkişaf etdirilməsi, müxtəlif sahələrdə mütəxəssislər hazırlanması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycanda peşə hazırlığının səmərəliliyinin artırılması və rəqabətqabiliyyətli ixtisaslı kadrların hazırlanması məqsədilə peşə təhsili sahəsində dövlət siyasətinin prinsiplərini, peşə təhsili və təlimi sisteminin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.

>

Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR