Şou Bİznes

“Özünü gözəl sayan kişiləri sevmirəm”

  • 24 Apr 2018
  • 125868 baxış

Müğənni Natavan Həbibi "Popumuz var" proqramının qonağı olub. 

Milli.Az Xalqtv.com-a xəbər verir ki, ifaçı verilişdə maraqlı açıqlamaları ilə yada qalıb. Belə ki, Natavan aparıcı Murad Arifin "Özünü seksi hesab edirsən" sualına hər kəsi təəccübləndirəcək cavab verib:

"Bu mövzuda heç vaxt narahat olmamışam. Qadınların mənə qarşı münasibətindən sonra başa düşmüşəm ki, bu problemdir. Qadınlar bunu özlərində görməyəndə başqalarında çox görürlər. Mən artıq böyümüşəm. Açıq-saçıq geyinəndə belə özümü rahat hiss etmirəm. Aygün Kazımova, Madonna bu tərzdə böyüyüblər, belə özlərini rahat hiss edirlər. Amma mən özümə qıymıram". 

Müğənni nikahdankənar övlad dünyaya gətirən şəxslər barədə də danışıb:

"Bu mövzuya münasibət bildirmək mənə düşmür. Fikirləşirəm ki, qismətdən asılı olan bir şeydir. Hər bir xanım istəyir ki, rəsmi ailə qursun və övlad dünyaya gətirsin. Alınmayanda kimlərsə sevinmir. Hər kəs üzülür və dünyaya gələn uşağın həyatında da problemlər olacaq. Bu məsələyə pis və yaxşı baxa bilmərəm. Qınaya da bilmirəm, Allah köməkləri olsun.Yaşamamış heç kəsi qınaya bilmərəm". 

N.Həbibi yeni barışdığı Aygün Kazımovanın "Hardasan" mahnısını bəyəndiyini, artıq vicdanın rahat olduğunu söyləyib:

"Bomba mahnıdır. Bu yaxınlardan maşında gedirdik. Dedim ki, ay Allah, bu mahnı nə yaxşı indi çıxdı. Çünki indi vicdanla qulaq asıram. Münasibətimiz pis olanda "Yenə tək" mahnısını dinləyirdim, amma ondan incik olduğum üçün vicdanım rahat durmurdu, deyirdi ki, "yaxşı da, kişi ol".  

Bundan əlavə, o, Hollivudun kişi ulduzları barədə də danışıb. O, Leonardo Di Kaprio və Bred Pitti bəyənmədiyini söyləyib: "Heç birini bəyənmirəm. Özünü gözəl sayan kişiləri sevmirəm"

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR