İqtisadiyyat

Meksika Ticarət nümayəndəliyi Azərbaycana gələcək

  • 24 Apr 2018
  • 152828 baxış

Məqsədi Azərbaycanla əlaqələrin və münasibətlərin möhkəmləndirilməsi olan Meksika Səfirliyinin təbliğat fəaliyyətinin nəticəsində, 23-30 aprel tarixlərində Azərbaycana Meksika Ticarət Nümayəndəliyi gələcək.

XalqTV.com  Trend-ə istinadən bildirir ki, Ticarət Missiyası bir neçə tekila istehsalçısı və Milli Tekila Sənayesi Palatasının bir nümayəndəsindən ibarətdir. Missiya Azərbaycan sahibkarları, idxalçı və distribyutorları ilə bir sıra işgüzar görüşlər və dequstasiyalar keçirəcəkdir. Son illər ərzində Azərbaycan bazarında bu içkiyə qarşı marağın artması müşahidə olunur. Belə ki, Azərbaycan Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2017-ci il ərzində Azərbaycan tərəfindən idxal olunan spirtli içkilərin (araq, viski, rom, aquardiente, cin, şərab və likör istisna olmaqla) 52%-i tekilanın üzərinə düşür.

Tekila dünyada idxal üzrə viski və vodkadan sonra üçüncü içkidir, hansıkı Meksikanın Qərbində yerləşən Xalisko ştatının Tekila şəhərində istehsal olur. 12 iyul 2006-cı ildə tekila istehsal edən Meksika şəhəri Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət təşkilatı (YUNESKO) tərəfindən "Aqava plantasiyasının landşaftı və tekila istehsal edən qədimi müəssələr" adı ilə Bəşəriyyətin irsi elan edilib.

>

Tekila - Meksikanın tarixini, mədəniyyətini və müxtəlifliyini simvolizə edən tanınmış içkisidir. Meksikanın ənənəvi içkisi olan tekila Azərbaycan icmasının Meksika mədəniyyəti və gastronomiyası ilə birgə içkinin müxtəlifliyi və istehsal mərhələsi ilə tanış olması üçün ən uyğun variantdır.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR