idman

Bakteriyalar enerji istehsal edir

  • 23 Apr 2018
  • 152276 baxış

Danimarkada aparılan araşdırmada, bakteriyaların sistemləri tədqiq edilərək, keyfiyyətli enerji çıxarıla biləcəyi müəyyən olundu.

Araşdırma bu mövzuda əhəmiyyətli bir nəticəyə çatdı.

Araşdırmaya bağlı məlumat verən Müge Kanay, ''desulfobulbus'' adlı bakteriya hüceyrələrinin, yalnız millimetrin bir neçə mində biri qədər uzunluqda, son dərəcə kiçik canlılar olduğunu söylədi.

>

XalqTV.com deyerler.org-a istinadən bildirir ki, bir saç telindən çox çox daha incə olan bu bakteriyanın, sanki, içərisində çox sayda kabel olan və elektrik kabeli kimi işlədiyini dilə gətirən M.Kanay, belə danışdı: ''İstifadə etdiyi texnologiya, günümüzdəki elektrik kabellərilə tamamilə eynidir. Danimarkada Aarhus Universitetində aparılan araşdırma da bunu aşkar etdi. Araşdırmada iştirak edən elm adamları, bu qədər kiçik bir bədənin içərisində bu cür böyük bir texnologiya tapdıqlarına son dərəcə təəcübləniblər''.

Bakteriyalardakı bu sistemin tədqiq edilməsilə enerji probleminin də həll ola biləcəyinə diqqət çəkən M.Kanay, belə davam etdi: ''Bədənimizdə trilyonlarla hüceyrə var. Yalnız tək bir dənəsində mitoxondri cib telefonlarımızın batareyalarının bitməməsi üçün kifayətdir. Bənzər bir fikirə əsaslanaraq, bakteriyalardakı elektrik kabeli sistemini də tədqiq edə bilsək, keyfiyyətli və yenilənə bilən enerjidə dönüş nöqtəsi əldə edə bilərik. Bugünkü ən yaxşı kabelləşmə texnologiyamız, fiberoptik kabellərdir. Lakin bakteriyalar tədqiq edilsə, uzun ömürlü və daha yüksək səmərəyə sahib bio kabellər, fiberoptik kabellərin yerini ala bilər''.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR