idman

Formula 1 komandaları artıq Bakıdadır

  • 23 Apr 2018
  • 245421 baxış

2018-ci il 27-29 aprel tarixlərində Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisində iştirak edəcək komandalar artıq şəhərimizə gəlməyə başlayıb.

XalqTV.com bildirir ki, bunu  Trend-ə Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai deyib.

N.Arpadarai bildirib ki, komandaların nümayəndələri artıq Bakıdadır, pilotlar isə bir neçə günə gələcək. Bir neçə gün ərzində həm komandaların, həm də pilotların hamısının gəlməsi nəzərdə tutulub.

O qeyd edib ki, komandaların avadanlıqları da Bakıya gətirilir. Bu həftə içində böyük logistika işləri həyata keçirilməlidir, çünki hər bir komanda öz avadanlığını gətirir.

N.Arpadarai əlavə edib ki, bütün işlər qrafikə uyğun həyata keçirilir.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR