idman
Buffon Argentina klubunun təklifini cavablandırıb
"Yuventus"un təcrübəli qapıçısı Canluici Buffon karyerasını Cənubi Amerikada davam etdirmək variantından imtina edib.
XalqTV.com goal.az-a istinadən xəbər verir ki, "Boka Xuniors" klubu 40 yaşlı qolkiperə 6 aylıq müqavilə təklif etsə də, rədd cavabı alıb. Buffon okeanın o tayında yaşamağın ailəsi üçün rahat olmayacağı qənaətinə gəlib. Ehtimal olunur ki, "Yuventus"la müqaviləsi mövsümün sonunda başa çatacaq qapıçı Turin klubunda və ya İtaliya Futbol Federasiyasında hər hansı bir vəzifəni tutacaq.
XalqTV.com
RƏYLƏR