İqtisadiyyat

Bərdədə sahələrdən yazlıq soğan yığılır

  • 22 Apr 2018
  • 260587 baxış

Hər bir xörəyə dad verən bu qida məhsulu ötən illə müqayisədə daha çoxdur. Kəndlilər becərdikləri məhsulun satış qiymətindən də razıdırlar.

Bərdədə soğan yığımına başlayıblar.

Milli.Az XalqTv.com-a bildirir ki, aqrotexniki qaydalara uyğun yetişdirilən soğan kəndlinin gözlədiyindən də yaxşı məhsul verib.Ötən il bir hektar sahədən 30 ton məhsul götürülürdüsə bu il bir hektar sahədən 40-50 ton məhsul yıgılır.Bu il qiymətlər də dəyişib.Ötən ilə nisbətən bahalaşıb.Soğanın bir kiloqramını kəndlilər 20-25 qəpiyə satırdılarsa, bu il bu rəqəmlər 30-35 qəpik arası dəyişir.

Məhsulun alıcısı da var. Təsərrüfat sahibləri soğanı elə yerində satırlar.

Fermerlerin sözlərinə görə, soğan istehsalında yüksək nəticəyə nail olmaq üçün, ilk növbədə, məhsuldar toxumlardan istifadə edilməli və aqrotexniki qaydalara düzgün əməl olunmalıdır. Əkin sahələrinə mineral gübrələrin verilməsi bitkilərin normal böyüməsinə və inkişafına şərait yaradır.

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR