idman
Levandovskidən yeni rekord
Almaniyanın "Bavariya" klubunun futbolçusu Robert Levandovski yeni rekorda imza atıb.
XalqTV.com apasport.az-a istinadən xəbər verir ki, polşalı Bundesliqada eyni klubun heyətində ən çox qol vuran legioner adına yiyələnib.
O, belə uğura "Hannover"lə səfər matçındakı qolu ilə çatıb. Belə ki, 3:0 hesablı qələbəyə 1 topla töhfə verən Robert "Bavariya"nın heyətində Bundesliqadakı qol sayını 105-ə yüksəldib.
Levandovski bununla da perulu Klaudio Pizarronun rekordunu yeniləyib. Cənubi amerikalı "Verder"də 104 qol vurub.
XalqTV.com
RƏYLƏR