İqtisadiyyat

Bu il tütün idxalı və ixracı azalıb

  • 21 Apr 2018
  • 15532 baxış

Bu ilin yanvar-mart aylarında Azərbaycana 23 761,04 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal edilib.

XalqTV.com report.az-a istinadən bildirir ki, bu, 2017-cı ilin eyni dövrü ilə müqayisədə 6 486,94 min dollar, yaxud 21,45% azdır.

Nəticədə ilk rüb ərzində ölkəyə idxal olunan tütün və tütün məmulatları ümumi idxalın 1,08%-ni təşkil edib.

>

Hesabat dövründə Azərbaycandan 3 741,18 min dollar məbləğində tütün və tütünün sənaye əvəzediciləri ixrac edilib ki, bu da əvvəlki illə müqayisədə 405,46 min dollar, yaxud 0,92% azdır.

Tütün və tütün əvəzedicilərinin ixracı ölkənin ümumi ixracının 0,11%-nə bərabər olub.

XalqTV.com

RƏYLƏR
ÖNƏRİLƏN XƏBƏRLƏR