idman
Fransa dünya çempionu futbolçular bu qədər qazanacaq
Futbol üzrə Fransa yığma komandasının dünya çempionatında qızıl medal qazanacağı təqdirdə hər bir futbolçusunun alacağı mükafat müəyyənləşib.
Milli.Az Xalqtv.com-a xəbər verir ki, komandanın hər bir üzvü mundialı qalib başa vuracaqları halda 400 min avro əldə edəcək.
Mənbənin bildirdiyinə əsasən, komandaya 2016-cı ildə Avropa çempionu olmaq üçün 300 min avro vəd olunmuşdu. Fransa yığması finalda Portuqaliyaya məğlub olduğuna görə bu məbləği ala bilməyib.
Qeyd edək ki, DÇ-2018 iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək
RƏYLƏR